22 noyabr 2024, cümə Bakı, 14°C
IMG-LOGO

Roma Papası: Venesiya iqlim dəyişikliyinə görə mövcudluğunu itirə bilər

29-04-2024
IMG

Roma Papası Fransisk iqlim dəyişikliyi səbəbindən Venesiyanı mövcudluğunu dayandıra biləcəyi ilə bağlı xəbərdarlıq edib və davamlı turizm idarəçiliyinin zəruriliyinə diqqət çəkib.

Fhnews.az xarici mediaya istinadla xəbər verir ki, Roma Papası bu barədə Venesiyada, yeddi ay ərzində etdiyi ilk səfərində bildirib.

“Venesiyanın səthi su ilə eyni səviyyədədir və bu təbii məkan ona qayğı göstərilmədiyi və qorunmadığı təqdirdə, öz mövcudluğunu itirə bilər", - o, San-Marko meydanındakı müraciətində deyib.

Din xadimi, iqlim dəyişikliyini şəhərin inşa edildiyi laqunanın sularına, binaların kövrəkliyinə, mədəni sərvətlərə və təbii irsə təsir göstərdiyi üçün “təhlükə mənbəyi” adlandırıb.

Papa Fransisk 60-cı Müasir İncəsənət Biennalesində iştirak etmək üçün Venesiyaya səfər edib. Vatikan pavilyonu qeyri-adi məkanda - Cudekka adasındakı qadın həbsxanasında təşkil olunub. Beləliklə, o, Venesiya biennalesini ziyarət edən ilk Roma Papası sayılır.

Paylaş: