Qazaxıstanda daşqınlar səbəbindən əhali təxliyə edilir
Qazaxıstanın bəzi vilayətlərində daşqınlar nəticəsində təxliyə edilənlərin sayı 10,5 min nəfərə çatıb.
Fhnews.az xəbər verir ki, bu barədə ölkənin Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
“Türküstan, Aktobe, Kostanay, Qərbi Qazaxıstan, Akmola, Ulytau və Abay vilayətlərində 10 587 nəfər xilas edilərək təxliyə edilib, onlardan 5 101 nəfəri uşaqdır. Müvəqqəti yerləşdirmə mərkəzlərində 5497 nəfər var”, - məlumatda deyilir.
Xilasetmə əməliyyatlarına 6 mindən çox canlı qüvvə və 3 minə yaxın texnika cəlb olunub.
Fatih Sultan Mehmet körpüsü mavi rənglə...
Filippində Kanlaon vulkanı püskürüb...
Egey dənizində 4,9 bal gücündə zəlzələ...
İstanbulda 3,8 bal gücündə zəlzələ baş...
Çin rabitə texnologiyalarını sınamaq...