Qazaxıstanda daşqın
Qazaxıstanda havalar isindikcə əriyən qar ölkənin şimal, qərb və şərq bölgələrində daşqınlara səbəb olub.
Qazaxıstan Fövqəladə Hallar Nazirliyinin məlumatına görə, seldən ən çox zərər çəkən Aktobe və Kostanay şəhərlərində çayların daşması nəticəsində bəzi yaşayış məntəqələri su altında qalıb. Evlərini tərk etməli olan minlərlə sakin hərbi vertalyotlar və qayıqlarla təhlükəsiz yerlərə köçürülüb. Qazaxıstan Fövqəladə Hallar Nazirliyinin verdiyi açıqlamada daşqının nəticələrinin aradan qaldırılması üçün işlərin davam etdiyi bildirilib və martın 21-dən Aktobeyə ən azı 500 min kubmetr suyun vurulduğu qeyd edilib. Daşqından zərər çəkən Aktobe hava limanında suyun çəkilməsi işləri yekunlaşıb, su basmış ərazilərdə qalan yüzlərlə ev heyvanı təhlükəsiz yerlərə aparılıb.
Qazaxıstan Fövqəladə Hallar Nazirliyinin Kostanay şəhərində paylaşdığı evakuasiya görüntülərində yerli əhalinin tamamilə su altında qalan evlərin damlarında kömək gözlədiyi diqqəti çəkir. Təxliyyə işlərinə cəlb olunan Fövqəladə Hallar Nazirliyi və Qazaxıstan ordusuna məxsus vertalyotların yüzlərlə insanı evlərin damından çıxararaq təhlükəsiz yerlərə apardığı görülüb. Qazaxıstan Fövqəladə Hallar Nazirliyinin verdiyi açıqlamada Kostanay vilayətinin Ekidın, Akkısı, Kızıljıldız, Janakala kəndləri və su basmış 9 qışlaqdan 63-ü uşaq olmaqla ümumilikdə 150 nəfər xilas edilib.
Arkalık şəhərində sığınacaqlar qurulub.
Osman Həmdi bəyin tablosu Parisdə 571...
Ekspertin çağırışı: "Tsunami Türkiyənin...
Marsın peykləri üçün iki nəzəriyyə:...
Çanaqqalada aparılan qazıntılar zamanı...
Finlandiyada çovğun 70 min evi...