Polşada Avropa tarixinə dair zəngin material verən dəfinə tapılıb
Polşa rəsmiləri 2022-ci ildə baş vermiş hadisə ilə bağlı məxfilik qrifini ləğv edib.
Fhnews.az xəbər verir ki, rəsmi şəxslər bildiriblər ki, təxminən 3 əsr əvvəl yaşamış məşhur fırıldaqçıya aid dəfinə tapılıb. Sözügedən şəxs bütün xəstəlikləri sağalda bildiyini iddia edərək əhalidən böyük miqdarda pul toplaya bilib. O, topladığı gümüş və qızıl pulları dağlıq ərazidə gizlədib.
Uzun müddət davam edən axtarışlardan sonra Jeleniovska dağlarında aşkar edilmiş dəfinə ən çox numizmatları sevindirib. Onlar ümumi Avropa tarixinə dair zəngin material əldə ediblər. Dəfinədəki gümüş sikkələrin dəqiq sayı bilinməsə də, cəmi 1 ədəd qızıl dukat tapılıb. 1648-ci ildə Hamburqda zərb olunmuş bu nadir sikkədə müqəddəs Məryəm təsvir edilib.
Qeyd edək ki, dukat 12-ci əsrdən 20-ci əsrin əvvəlinədək Avropada dövriyyədə olmuş qızıl və gümüş sikkələrdir.
Osman Həmdi bəyin tablosu Parisdə 571...
Ekspertin çağırışı: "Tsunami Türkiyənin...
Marsın peykləri üçün iki nəzəriyyə:...
Çanaqqalada aparılan qazıntılar zamanı...
Finlandiyada çovğun 70 min evi...