22 noyabr 2024, cümə Bakı, 14°C
IMG-LOGO

Pamukkale travertenlərinin möhtəşəm gecə mənzərəsi

13-04-2024

Pamukkaleni gecə muzeyi layihəsi çərçivəsində tamamlanan işıqlandırma layihəsi ilə artıq qaranlıqda da ziyarət etmək mümkündür.

Türkiyənin Mədəniyyət və Turizm Nazirliyinin təşəbbüsü ilə həyata keçirilən “Herapolis xarabalıqlarında gecə muzeyi” layihəsi çərçivəsində xarabalıqlarda LED işıqlandırma sistemi yaradılıb. Bununla da travertenlər, Hierapolisdəki gəzinti yolları, qədim teatr və Cəhənnəm Qapısı işıqlandırma ilə fərqli görkəm alıb.Artık Pamukkale hava qaraldıqdan sonra da ziyarətçilərini qəbul edir. 

Bununla da Türkiyənin Efes Antik Şəhərindən sonra gecə saatlarında ziyarət edilə bilən ikinci arxeoloji abidə olan Pamukkalenin ziyarətçi sayını artıracağı gözlənilir.

Paylaş: