Pakistanda daşqında ölənlərin sayı 87 nəfərə çatıb
Ölkədə güclü yağışların səbəb olduğu sel və şimşək nəticəsində həyatını itirənlərin sayı azı 87-yə, yaralıların sayı isə 82-yə yüksəlib.
Milli Fəlakət İdarəsi Agentliyinin verdiyi açıqlamada bildirilib ki, ölüm hallarının 36-sı ölkənin şimalında yerləşən Hayber-Paxtunxva əyalətində qeydə alınıb, 53 nəfər yaralanıb.Ölkənin şərqindəki Pəncab əyalətində 25 nəfər, cənubda yerləşən Bəlucistan əyalətində isə 15 nəfər ölüb.
Pakistanın nəzarətində olan Kəşmirdə 11 nəfərin öldüyü, 11 isə nəfərin yaralandığı bildirilib. Yağışlar nəticəsində ölkədə 2715 evin qismən və ya tamamilə dağıldığı bildirilib.
Şiddətli yağış və fırtınaların təsirinin davam edəcəyi və yağışların ölkənin bir çox bölgəsində ani daşqınlara səbəb ola biləcəyi bildirilib.
Osman Həmdi bəyin tablosu Parisdə 571...
Ekspertin çağırışı: "Tsunami Türkiyənin...
Marsın peykləri üçün iki nəzəriyyə:...
Çanaqqalada aparılan qazıntılar zamanı...
Finlandiyada çovğun 70 min evi...