Nigeriyanın şimalında quldurların hücumu nəticəsində 21 nəfər həyatını itirib
Nigeriyanın şimalındakı Madaka kəndinə quldurların hücumu nəticəsində ən azı 21 nəfər həyatını itirib, bir neçə nəfər isə oğurlanıb.
Fhnews.az xəbər verir ki, bu barədə “Premium Times” qəzeti məlumat yayıb.
Bildirilib ki, ölkənin şimalındakı Niger əyalətində quldurlar 21 nəfəri, o cümlədən Madaka kəndinin başçısını qətlə yetiriblər. Bundan əlavə, 50-yə qədər ev yandırılıb.
Son zamanlar Nigeriyanın Niger əyalətində terror fəaliyyətləri səbəbindən hücumlar müntəzəm xarakter alıb.
Fatih Sultan Mehmet körpüsü mavi rənglə...
Filippində Kanlaon vulkanı püskürüb...
Egey dənizində 4,9 bal gücündə zəlzələ...
İstanbulda 3,8 bal gücündə zəlzələ baş...
Çin rabitə texnologiyalarını sınamaq...