13 may 2025, çərşənbə axşamı Bakı, 20°C
IMG-LOGO

Nigeriyada silahlı hücumlarda 16 əsgər həyatını itirib

18-03-2024

Silahlı hücumlar  Nigeriyanın Delta əyalətində qeydə alınıb. Nigeriya Müdafiə İnformasiya Müdiri Tukur Qusau verdiyi yazılı açıqlamada Delta əyalətinin Bomadi bölgəsindəki iki kənddə sülhməramlı missiyaya silahla hücum edildiyini bildirib. Qusau hücumlarda 2 mayor və bir kapitan olmaqla 16 əsgərin həyatını itirdiyini qeyd edib.

Bölgəyə təhlükəsizlik qüvvələri göndərilib.

Qeyd edək ki, neftlə zəngin Delta əyalətindəki bir çox icma torpaq və ya neft dağılmalarına görə enerji şirkətlərindən kompensasiya almaqla bağlı tez-tez ciddi münaqişələrlə üzləşir.

Paylaş: