Nigerdə meningit hallarında artım
Qərbi Afrika ölkələrindən biri olan Nigerdə bu il 143 uşağın ölümünə səbəb olan meningit epidemiyasına qarşı təcili peyvənd kampaniyası aparılacaq. Milli mətbuatda yer alan xəbərlərə görə, Ümumdünya Səhiyyə Təşkilatının artan meningit hadisələri ilə mübarizə üçün göndərdiyi Men5CV adlı peyvəndi ilə bu il Nigerdə təcili peyvənd kampaniyası başladılıb. Paytaxt Niameyin 5 rayonunda başladılan kampaniya 1-9 yaş arası 900 min uşağın peyvənd edilməsini hədəfləyir.
Verilən məlumata görə, bu il Nigerdə 2 mindən çox insan meningitdən əziyyət çəkib və epidemiya səbəbindən 143 uşaq ölüb.5 yaşa qədər uşaqlarda tez-tez rast gəlinən meningitə gec diaqnoz qoyularsa qan zəhərlənməsi, beyin zədələnməsi və ölümlə nəticələnə bilər.
Fatih Sultan Mehmet körpüsü mavi rənglə...
Filippində Kanlaon vulkanı püskürüb...
Egey dənizində 4,9 bal gücündə zəlzələ...
İstanbulda 3,8 bal gücündə zəlzələ baş...
Çin rabitə texnologiyalarını sınamaq...