NASA Yupiterin peykinə kosmik gəmi göndərir
ABŞ Milli Aeronavtika və Kosmik Tədqiqatlar Agentliyi (NASA) oktyabrın ikinci yarısında Yupiterin peyki Avropaya kosmik gəmi göndərəcək.
Fhnews.az NASA-nın saytına istinadla xəbər verir ki, komik gəmi Yupiterin peykində həyat şəraitinin olub-olmadığını müəyyən edəcək.
NASA-nın internet saytında dərc edilən məqaləyə görə, “Europa Clipper” missiyasının Florida ştatındakı Kanaveral burnunda yerləşən Kennedi Kosmik Mərkəzindəki “Launch Complex 39A” platformasından kosmik fəzaya buraxılması planlaşdırılır. Bildirilir ki, buraxılış üçün Amerikanın “SpaceX” şirkətinin “Falcon Heavy” daşıyıcı raketindən istifadə olunacaq.
Avropa XVII əsrdə Qalileo Qaliley tərəfindən kəşf edilmiş Yupiterin dörd ən böyük peykindən biridir. Onun səthi buzla örtülüdür, altında isə nəhəng maye su okeanı var. Bu gün planetoloqlar onu yerdənkənar həyatın mümkün mərkəzlərindən biri hesab edirlər. Bu, həmin su hövzəsinin səthindəki buzun qaz və minerallarla mübadilə aparması, həmçinin hidrogen və mikrobların həyatını təmin edə biləcək bəzi digər maddələrin olması ilə təsdiqlənir.
Bu amilləri nəzərə alan alimlər uzun illərdir ki, Avropanın buzaltı okeanının necə yaranması və onun hansı kimyəvi tərkibə malik olması ilə maraqlanırlar. Əsas tədqiqat mövzuları kosmosdakı peykdə yerləşən bu su hövzəsinin yaşı, həmçinin onun Yupiterin peykində yerli buz və qaya çöküntülərindən yaranması ehtimalı, yaxud uzaq məsafələrdə Avropanın səthinə düşən asteroidlər və kometaların təsiri ilə meydana gəlməsidir.
Hanoyda kafedə baş verən yanğın 11...
İnsan düşüncəsinin sürətini müəyyən edən...
Ginnesin Rekordlar Kitabına düşən...
Avropada uşaqları qorumaq üçün...
Türkiyə Silahlı Qüvvələri daşqınlardan...