NASA-nın Aya enişi 2026-cı ilə təxirə salındı
NASA-dan verilən yazılı açıqlamada, kosmik gəmi ilə bağlı təhlükəsizlik narahatlığı ilə yanaşı, kosmonavtların kostyumları və eniş maşınlarında da problemlərin olduğu bildirilib.
Aya enişin 2026-cı ilin sentyabrına təxirə salındığı bildirilən açıqlamada layihənin tarixinin dəyişdirilməsinin əsas səbəbinin "ekipaj təhlükəsizliyi" olduğu və komandaların bütün çətinlikləri çox diqqətlə öyrəndiyi vurğulanıb.
“Təhlükəsizlik bizim əsas prioritetimizdir”- deyən NASA rəsmisi Bill Nelson əlavə edib ki, bu gecikmələr Artemis komandalarına çətinlikləri aradan qaldırmaq üçün daha çox vaxt verəcək.
Bu missiya çərçivəsində elmi araşdırmalar aparmaq üçün Aya 4 kosmonavt göndərilməsi planlaşdırılır.
Eyni proqram çərçivəsində ABŞ Ayda daimi baza yaratmağı və Aydan Marsa səyahət üçün dayanacaq kimi istifadə etməyi və orada qiymətli metalların çıxarılmasını nəzərdə tutur.
Fatih Sultan Mehmet körpüsü mavi rənglə...
Filippində Kanlaon vulkanı püskürüb...
Egey dənizində 4,9 bal gücündə zəlzələ...
İstanbulda 3,8 bal gücündə zəlzələ baş...
Çin rabitə texnologiyalarını sınamaq...