NASA Ay üçün nəqliyyat vasitələri istehsalına dair üç şirkətlə müqavilə bağlayıb
NASA ayda hərəkət edəcək aparatların istehsalı üçün üç kosmik şirkətlə 4,6 milyard dollarlıq müqavilə imzalayıb.
Fhnews.az xəbər verir ki, ABŞ Kosmik Agentliyinin elan etdiyi kimi, onlar “Intuitive Machines”, “Lunar Outpost” və “Venturi Astrolab” şirkətləridir. Şirkətlər hansı avtomobilin Aya göndəriləcəyinə qərar verməzdən öncə bir il ərzində prototip üzərində işləməlidir.
Həmin şirkətlər uzun müddətdir ki, oxşar layihələr üzərində çalışırlar. Məsələn, “Intuitive Machines” fevral ayında Aya ilk pilotsuz kommersiya enişinə nail olub.
NASA yarım əsr fasilədən sonra “Artemis” proqramı çərçivəsində insanları yenidən Aya çıxarmaq istəyir. Bunun 2026-cı ilin sentyabrında baş tutacağı gözlənilir.
Osman Həmdi bəyin tablosu Parisdə 571...
Ekspertin çağırışı: "Tsunami Türkiyənin...
Marsın peykləri üçün iki nəzəriyyə:...
Çanaqqalada aparılan qazıntılar zamanı...
Finlandiyada çovğun 70 min evi...