22 noyabr 2024, cümə Bakı, 14°C
IMG-LOGO

Müəmmalı ölümlərin səbəbi bəlli olur: Tutanxamenin lənəti çözüldü

29-04-2024
IMG

1922-ci ildə Misir fironu 'Uşaq Kral Tutanxamen'in məzarını açan 20-dən çox adamın ölümünə səbəb olduğu güman edilən "lənət" nəhayət çözülür...

Elm adamı Ross Felloves "fironun lənəti" olaraq qəbul edilən ölümlərin bioloji səbəbi ola biləcəyini bildirib çünki qədim Misir mətnlərində fironların məzarlarını açan insanların xəstəlikdən öləcəkləri yazılmışdı. 

Ross Felloves   “Journal of Scientific Exploration” jurnalında yazdığı məqalədə bu ölümlərin səbəbinin mumiya hazırlanarkən istifadə edilən və tabuta qoyulan uran tərkibli təbii elementlərin yaratdığı radiasiya zəhərlənməsi olduğunu müəyyən edib. Araşdırmada Gizada iki yerdə və Saqqarada bir neçə yeraltı məzarda  yüksək radiasiya səviyyəsinin görüldüyü ifadə edilib.

Qeyd edək ki, Misir fironu Tutanxamonun məqbərəsi 1922-ci ildə ingilis arxeoloqu Hovard Karter tərəfindən aşkar edilib. Karterlə sarkofaqı açan 22 arxeoloq bir neçə il ərzində müəmmalı şəkildə dünyasını dəyişib.İndiyədək hesab olunurdu ki, arxeoloqların müəmmalı ölümünə səbəb hansısa “lənət”dir.

 Karter 1939-cu ildə orqanizmin mikroblarla mübarizə aparan immun sisteminə təsir edən Hodgkin lenfoması ilə uzun sürən mübarizədən sonra infarktdan vəfat etdi. Başqa bir alim Lord Karnarvon isə kəşfdən beş ay sonra qan zəhərlənməsindən ölmüşdü.

Paylaş: