Muradiye şəlaləsinin axın sürəti son 20 ilin ən yüksək səviyyəsinə çatıb
Türkiyənin Van bölgəsinin Muradiye mahalında yağan yağışlar və əriyən qarla birlikdə son 20 ilin ən yüksək debisinə yüksələn Muradiye şəlaləsi daha gur axmağa başlayıb.
Qeyd edək ki, Bağdad yürüşünə çıxan IV Sultan Muradın şərəfinə adlandırılan şəlalənin hündürlüyü 18 metrdir. Şəlalə suları müxtəlif hündürlüklərdən axır. Ən yüksək enmə mərkəzdə 18 metr, şərq və qərbdə isə 15–16 metrdir. Şəlalənin aşağı səthi 77, yuxarı enmə sahəsi isə 36 metrdir.
Bəzən qış mövsümlərində şəlalə donaraq Pamukkale travertenlərinə bənzər görüntülər yaradır.
Fatih Sultan Mehmet körpüsü mavi rənglə...
Filippində Kanlaon vulkanı püskürüb...
Egey dənizində 4,9 bal gücündə zəlzələ...
İstanbulda 3,8 bal gücündə zəlzələ baş...
Çin rabitə texnologiyalarını sınamaq...