Moskvada baş verən terror aktına ərəb ölkələrindən reaksiya
Ərəb ölkələri dünən Rusiyanın paytaxtı Moskvada konsert salonunda törədilən terror aktını qətiyyətlə pisləyib.
Səudiyyə Ərəbistanı Xarici İşlər Nazirliyinin verdiyi yazılı açıqlamada ekstremizmin və terrorizmin bütün formaları ilə mübarizənin vacibliyi vurğulanıb.
BƏƏ Xarici İşlər Nazirliyinin açıqlamasında da terror hücumu şiddətlə pislənib.
Liviya Xarici İşlər Nazirliyindən verilən yazılı açıqlamada Liviyanın mülki əhalini hədəf alan hər bir terror aktını rədd etdiyi qeyd edilib.
Əlcəzair, Bəhreyn, Qətər, Küveyt, Oman, Misir, İordaniya, Fələstin, Livan, Tunis və Mərakeş xarici işlər nazirlikləri tərəfindən verilən yazılı açıqlamalarda da Moskvadakı hücum pislənilib, həmrəylik mesajları verilib.
İslam Əməkdaşlıq Təşkilatının (İƏT) baş katibi Hüseyn İbrahim Taha da hücumu şiddətlə qınayaraq terrorun hər növünü rədd etdiklərini deyib.
Osman Həmdi bəyin tablosu Parisdə 571...
Ekspertin çağırışı: "Tsunami Türkiyənin...
Marsın peykləri üçün iki nəzəriyyə:...
Çanaqqalada aparılan qazıntılar zamanı...
Finlandiyada çovğun 70 min evi...