Monteneqro Prezidentinə “Qarabağ işğaldan əvvəl və sonra” kitabı təqdim edilib
Monteneqro Prezidenti Yakov Milatoviçə “Qarabağ işğaldan əvvəl və sonra” kitabı təqdim olunub.
Fhnews.az xəbər verir ki, kitabı Milli Məclisin sədri Sahibə Qafarova Monteneqro dövlətinin başçısı ilə görüşündə təqdim edib.
Görüşdə regionda nəqliyyat xətlərinin açılması perspektivləri ilə bağlı danışan Azərbaycan parlamentinin sədri deyib ki, nəqliyyat və kommunikasiyaların bərpası bütün regiona fayda gətirəcək. Hazırda Qarabağda və Şərqi Zəngəzurda genişmiqyaslı bərpa və yenidənqurma işlərinin həyata keçirildiyini bildirən S.Qafarova deyib ki, həmin ərazilərdə yeni şəhərlər, kəndlər salınır. O, Azərbaycanın etibarlı enerji təchizatçısı kimi Avropanın enerji təhlükəsizliyində rolu barədə də danışıb.
Azərbaycan və Ermənistan arasında sülh sazişinin imzalanacağına ümid etdiyini bildirən Prezident Yakov Milatoviç qeyd edib ki, bu, regionun inkişafına töhfə verəcək.
Aİ-nin ali nümayəndəsi...
Milli Məclis sədrinin müavini TBMM-in...
Pakistanın Hüquq və Ədalət...
Azərbaycanın xarici işlər naziri...
Azərbaycan, Türkiyə və Gürcüstan...