Moldova MSK-nın nümayəndələrinə Azərbaycanda seçkilərə hazırlıq prosesi barədə məlumat verilib
Fevralın 7-də keçiriləcək növbədənkənar prezident seçkilərini izləmək üçün Azərbaycana gələn Moldova Mərkəzi Seçki Komissiyasının sədri Anjelika Karamanın rəhbərlik etdiyi nümayəndə heyəti fevralın 6-da Mərkəzi Seçki Komissiyasında (MSK) olub.
Fhnews.az xəbər verir ki, Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahovla görüşdə qonaqlara ölkəmizdə seçkilərə hazırlıq prosesi, seçicilər və müşahidəçilər üçün yaradılan şərait barədə məlumat verilib.
M.Pənahov Azərbaycanın Moldova ilə münasibətlərə önəm verdiyini bildirib. Fevralın 7-də keçiriləcək seçkilərin ölkəmizin tarixində Zəfər seçkiləri kimi qalacağını vurğulayan MSK sədri işğalla əlaqədar olaraq 30 ildən çox ölkəmizin müxtəlif bölgələrində səs verən soydaşlarımızın budəfəki seçkilərə nəhayət öz doğma yurd yerlərində gedəcəklərini əlamətdar hadisə kimi qiymətləndirib. O, həm işğaldan azad edilmiş torpaqlarda, həm də bütün ölkə ərazisində seçicilərin rahat səs verə bilmələri üçün bütün şəraitin yaradıldığını diqqətə çatdırıb.
Moldova Mərkəzi Seçki Komissiyasının sədri Anjelika Karaman Azərbaycanda seçkiləri müşahidə edəcəklərindən məmnun olduqlarını bildirib.
Ölkəsi ilə bağlı fikirlərini bölüşən A.Karaman deyib: “Azərbaycanın təcrübəsi bizim üçün çox vacibdir. Moldova da nə vaxtsa bütün ərazisində seçkiləri keçirmək arzusundadır. Biz bunu çox istəyirik”.
A.Karaman Azərbaycanda seçkilərin qanunvericiliyin tələblərinə uyğun keçiriləcəyindən əminliyini ifadə edib.
Aİ-nin ali nümayəndəsi...
Milli Məclis sədrinin müavini TBMM-in...
Pakistanın Hüquq və Ədalət...
Azərbaycanın xarici işlər naziri...
Azərbaycan, Türkiyə və Gürcüstan...