MN: Hərbi qulluqçuların döyüş və mənəvi-psixoloji hazırlığı yüksək səviyyədədir
Bu ilin hazırlıq planına əsasən, hərbi qulluqçuların maarifləndirilməsi istiqamətində həyata keçirilən tədbirlər davam etdirilir.
Fhnews.az xəbər verir ki, Müdafiə Nazirliyin mətbuat xidmətindən verilən məlumata görə, Azərbaycan Ordusunda şəxsi heyətin döyüş və mənəvi-psixoloji hazırlığının daim yüksək səviyyədə saxlanılması məqsədilə mütəmadi olaraq ictimai-siyasi hazırlıq dərsləri və məşğələlər keçirilir.
Hərbi qulluqçularla maarifləndirici söhbətlər, fikir mübadiləsi aparılır, onlara Prezident, Ali Baş Komandan İlham Əliyevin diplomatik fəaliyyətinin tarixi əhəmiyyəti barədə ətraflı məlumat verilir, həmçinin şəxsi heyəti maraqlandıran suallar cavablandırılır və xidmətləri ilə bağlı lazımi tövsiyələr verilir.
Dərslər və məşğələlərdə mənəvi-psixoloji hazırlıqlı bütün hərbi qulluqçular Vətən torpaqlarını istənilən təhdid və təhlükələrdən qorumaq əzmi nümayiş etdirirlər.
Müdafiə naziri: Ordunun gücü və...
Hərbi qulluqçularımız Səudiyyə...
Azərbaycan ilə Pakistan arasında hərbi...
Dəniz xüsusi təyinatlıları...
Müdafiə Sənayesi Nazirliyinin nümayəndə...