22 noyabr 2024, cümə Bakı, 14°C
IMG-LOGO

Microsoft Londonda yeni süni intellekt mərkəzi açır

11-04-2024

Microsoft AI məhsulları üzərində işləmək və bu texnologiyanı araşdırmaq üçün Londonda yeni AI mərkəzi açır. Yeni mərkəzə süni intellekt nəhəngi DeepMindin britaniyalı həmtəsisçisi Mustafa Süleyman rəhbərlik edəcək.

Bu texnologiyanın tədqiqi ilə yanaşı yeni ofis süni intellekt məhsulları üzərində işlərə də diqqət yetirəcək. Bununla bağlı məlumat verən Mustafa Süleyman bildirib ki, "Microsoft"un Paddingtondakı ofislərində qurulacaq yeni süni intellekt mərkəzinin ən müasir dil modellərini və onları dəstəkləyən infrastrukturu inkişaf etdirmək üçün qabaqcıl işlər aparacaq və təməl proqramlarda istifadə olunacaq dünya səviyyəli alətlər yaradacaq. Mustafa Süleyman əlavə edib ki, mərkəz iş yerləri yaradacaq və “Microsoft AI” zəmanəmizin ən maraqlı və çətin süni intellekt sualları üzərində işləmək istəyən qeyri-adi şəxsləri fəal şəkildə işə cəlb edəcək.

Paylaş: