4 dekabr 2024, çərşənbə Bakı, 7°C
IMG-LOGO

Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov MDB müşahidə missiyasının üzvləri ilə görüşüb

05-02-2024

Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov fevralın 5-də Müstəqil Dövlətlər Birliyinin (MDB) Baş katibi Sergey Nikolayeviç Lebedev, MDB katibliyinin rəhbəri Sergey Burutin, qurumun ştat rəhbəri Yevgeni Kozyak və mətbuat xidmətinin rəhbəri Svetlana Malinina ilə görüşüb.

Fhnews.az xəbər verir ki, MSK-nın sədri MDB müşahidə missiyasının üzvlərinə Azərbaycandakı seçki prosesi barədə məlumat verib.

O bildirib ki, seçicilər üçün bütün imkanlar yaradılıb, 1000 məntəqədə veb-kameralar quraşdırılıb. Seçki günü həmin məntəqələrdəki prosesi onlayn rejimdə izləmək mümkün olacaq.

M.Pənahov diqqətə çatdırıb ki, Azərbaycanda ilk dəfə olaraq seçkilər bütün ölkə ərazisini əhatə edəcək. Həmçinin 3 təşkilat seçkilərdə “exit-poll” keçirmək üçün müraciət edib, onlardan biri ABŞ-ın “Oracle Advisory Group” təşkilatıdır.

MDB-nin Baş katibi Sergey Lebedev isə bildirib ki, onların məqsədləri növbədənkənar prezident seçkilərinin şəffaf keçirilməsinin təmin olunmasıdır.

“Hələ ki, hər şey öz qaydasında gedir, bizə heç bir şikayət daxil olmayıb. Müşahidəçi kimi öz işimizi görəcəyik. Komandamızda 160-dan çox müşahidəçi yer alıb. Onlar peşəkar insanlardır və öz işlərini yaxşı bilirlər”, - deyə S.Lebedev qeyd edib.

Paylaş: