13 may 2025, çərşənbə axşamı Bakı, 20°C
IMG-LOGO

Londonun məşhur küçəsində Ramazan coşğusu

08-03-2024

İngiltərənin paytaxtı Londonda Ramazan şövqü və ruhu küçələrdə özünü göstərməyə başlayıb. Müsəlmanların müqəddəs ayı olan Ramazan ayı yaxınlaşdıqca Londonun məşhur turistik yerlərindən biri olan Pikadilli küçəsi xüsusi işıqlarla bəzədilib.

Ramazan ayını Londonda bir milyondan çox müsəlman, o cümlədən şəhər meri Sadiq Xanın özü də qeyd edir. London meri Ramazan işıqlarını ilk dəfə keçən il “Piccadilly Circus”da yandırmışdı. Keçən il küçə fənərlər və ulduzlarla bəzədilmiş heyrətamiz işıqlı parada çevrilmişdi.

Layihə 30.000 dayanıqlı işığın quraşdırılmasını əhatə edən ilk miqyaslı işdir. Dizayn Aisha Desai tərəfindən təsis edilmiş  “Ramadan Lights UK” qeyri-kommersiya təşkilatı tərəfindən hazırlanıb.

Paylaş: