“Tesla”nın Çindəki enerji anbarı fabriki üçün tikintiyə icazə verildi
ABŞ-nın elektrikli avtomobil və akkumulyator istehsalçısı “Tesla”nın enerji saxlama qurğuları istehsal etmək üçün Çində quracağı fabrik üçün tikinti icazəsi aldığı bildirilir.
Şirkət 2023-cü ilin dekabrında Şanxay yerli hökuməti ilə fabrik üçün torpaq sahəsinin ayrılması ilə bağlı müqavilə imzalayıb.”Tesla”nın 4 meqavat saat elektrik enerjisi saxlaya bilən "Megapack" adlanan litium-ion batareya blokları fabrikdə istehsal olunacaq.
Tikintisinin bu il başa çatdırılması planlaşdırılan fabrikin 2025-ci ilin birinci rübündə istifadəyə verilməsi planlaşdırılır. Zavod ildə 10 min ədəd olmaqla cəmi 40 gigavat-saat enerji saxlama gücü olan batareya blokları istehsal etməyi hədəfləyir.
Qeyd edək ki, “Tesla” hazırda ABŞ-nın Kaliforniya ştatının Latrop şəhərində ildə 10 min "Megapack" istehsal etmək gücünə malik “meqa fabrik”ə malikdir.
Fatih Sultan Mehmet körpüsü mavi rənglə...
Filippində Kanlaon vulkanı püskürüb...
Egey dənizində 4,9 bal gücündə zəlzələ...
İstanbulda 3,8 bal gücündə zəlzələ baş...
Çin rabitə texnologiyalarını sınamaq...