“Dəniz limanları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunu
Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alır:
“Dəniz limanları haqqında” Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014, № 5, maddə 464; 2019, № 6, maddə 990; 2020, № 6, maddə 663; 2021, № 8, maddə 903; 2022, № 8, maddə 829) aşağıdakı dəyişikliklər edilsin:
1. 2.2-ci maddənin ikinci cümləsində, 4.1-ci, 4.2-ci maddələrdə, 5.1-ci maddənin birinci cümləsində, 6.1-ci (hər iki halda) maddədə, 6.2-ci maddənin birinci və ikinci cümlələrində, 7.1-ci, 7.3-cü, 7.4-cü, 8.4-cü maddələrdə, 9.2-ci maddənin birinci və ikinci cümlələrində, 9.5-ci, 10-cu, 11.1-ci maddələrdə, 11.2-ci maddənin birinci və ikinci cümlələrində, 12.1-ci, 12.2-ci (hər iki halda), 12.4-cü, 13.1–13.3-cü, 13.6.1-ci, 13.6.3-cü, 15.2-ci, 20.6-cı, 23.1-ci maddələrdə, 23.2-ci maddənin ikinci cümləsində, 28.1-ci maddənin ikinci cümləsində və 29.2-ci maddədə ismin müvafiq hallarında “orqanı” sözü ismin müvafiq hallarında “orqanının müəyyən etdiyi orqan (qurum)” sözləri ilə əvəz edilsin.
2. 13.6.2-ci maddədə “orqanlarına” sözü “orqanının müəyyən etdiyi orqanlara (qurumlara)” sözləri ilə əvəz edilsin.
3. 15.3-cü maddədə “, liman qurğularının istismarı, yükaşırma” sözləri “(liman qurğularının istismarı və yükaşırma daxil olmaqla)” sözləri ilə, “orqanı” sözü “orqanının müəyyən etdiyi orqan (qurum)” sözləri ilə əvəz edilsin.
4. Aşağıdakı məzmunda 15.3-1-ci maddə əlavə edilsin:
“15.3-1. Bu Qanunun 15.3-cü maddəsində nəzərdə tutulan dəniz üzgüçülüyünün təhlükəsizliyi fəaliyyəti ilə bağlı aşağıdakı xidmətlərə görə tarif müəyyən edilir:
15.3-1.1. gəminin limana giriş-çıxışının rəsmiləşdirilməsi;
15.3-1.2. dəniz üzgüçülüyü üçün təhlükəli olan dəniz rayonlarında, limanda və liman akvatoriyasında, dəniz əməliyyatları bazasında, habelə məntəqələr arasında gəminin bələdçi vasitəsilə keçirilməsi üzrə xidmətlərin həyata keçirilməsi və bələdçinin fəaliyyətinin təşkili;
15.3-1.3. gəmilərə məlumatların çatdırılması, radar müşahidəsinin, naviqasiya təminatının və gəmilərin uzaq məsafədən tanınmasının həyata keçirilməsi;
15.3-1.4. gəmilərin lövbər ərazilərində yerləşdirilməsi, gəmilərin lövbərdə dayandığı dövrdə dəniz üzgüçülüyünün təhlükəsizliyi baxımından daimi müşahidədə saxlanılması.”.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 22 dekabr 2023-cü il
Omanın Sultanı Əlahəzrət Heytəm bin...
İşa Xeyriyyə Fondunun təsisçisi...
Fələstin Dövlətinin Prezidenti...
Kambocanın Kralı Əlahəzrət Norodom...
Özbəkistan Respublikasının Prezidenti...