“ANİMAFİLM festivalı regionlarda” layihəsi davam edir
Mədəniyyət Nazirliyinin dəstəyi və Azərbaycan Animasiya Assosiasiyasının təşkilatçılığı ilə “ANİMAFİLM festivalı regionlarda” layihəsi çərçivəsində növbəti tədbir mayın 16-17-də Lənkəranda təşkil olunacaq.
Assosiasiyadan verilən məlumata görə, layihə regionlarda animasiya kinosu və sənayesinin inkişafının təşviqi məqsədilə keçirilir.
“ANİMAFİLM Lənkəranda” adlı tədbirdə uşaqlar və böyüklər üçün yerli və xarici animasiya filmlərinin nümayişləri, müzakirələr və səsvermə nəzərdə tutulub. Həmçinin tədbir çərçivəsində iki günlük animasiya təlimi keçiriləcək. Tədbirdə iştirak ödənişsizdir, proqramı isə www.anima.az rəsmi saytında dərc olunacaq.
Bundan əvvəl layihəsi çərçivəsində, 2021-ci ildə Şəkidə”, 2023-cü ildə isə Naxçıvanda tədbirlər keçirilib.
Bu gün “Muğam” Televiziya Müsabiqəsi...
Azərbaycan 34-cü Beynəlxalq Doha Kitab...
Respublika Gənclər Kitabxanasında Ulu...
Milli Kitabxana faşizm üzərində qələbəyə...
Musiqi və incəsənət məktəbləri...