13 may 2025, çərşənbə axşamı Bakı, 20°C
IMG-LOGO

Kral atları Londonda xaos yaradıb

24-04-2024

Səhər idmanı zamanı bir neçə at əsgərləri arxası üstə yerə ataraq İngiltərənin paytaxtı Londonda böyük çaxnaşmaya səbəb olub.Kral  Alayına məxsus atlar səhər saat 08:40 radələrində Hyde Park kazarmalarından gündəlik məşq etmək üçün çıxarkən atlıları yerə ataraq qaçıblar. 
London sakinləri küçələrdə vəhşi qaçan, biri qan içində olan atları görəndə təlaşa düşüblər.

Sosial şəbəkələrdə yayılan görüntülərdə atlardan birinin şüşəsini sındıraraq avtobusa, digərinin isə qara rəngli taksiyə çırpıldığı görünür.
Hadisə şahidlərindən biri deyib ki, atlarda olan əsgərlərdən biri qışqıraraq yerə yıxılıb və ətrafdakılar tərəfindən təcili yardıma aparılıb.

London polisi qaçan atlarla bağlı xəbərdar edilib və ərazidəki iki yol nəqliyyatın hərəkəti üçün bağlayıb. Hadisə yerinə təcili tibbi yardım maşınları və təcili yardım qrupları göndərilib.

Günorta saatlarında verilən rəsmi açıqlamada ordu və polisin birgə əməliyyatı nəticəsində atların ram edildiyi,hadisə nəticəsində 5 nəfərin yaralandığı açıqlanıb.

Paylaş: