22 noyabr 2024, cümə Bakı, 14°C
IMG-LOGO

Klimatoloqların fikrincə, 2024-cü ilin yayı ən isti ola bilər

01-04-2024

2024-cü ilin yayında havanın temperaturu bir il əvvəl qeydə alınan rekord səviyyələrdən yüksək ola bilər. Rusiya Voyeykov adına Baş Geofizika Rəsədxanasının aparıcı elmi işçisi, fizika-riyaziyyat elmləri namizədi Andrey Kiselyov bildirib ki, ən isti illər “El-Ninyo” (Sakit Okeanda suyun səth qatının temperaturunda iqlimə əhəmiyyətli dərəcədə təsir və ekstremal hava hadisələrini təhrik edə bilən dalğalanma fenomeni) hadisəsi effektinin pik həddə çatdığı vaxta təsadüf edib.

Fhnews.az xarici mətbuata istinadən xəbər verir ki, “Əvvəlki güclü “El-Ninyo” 2016-cı ildə idi. 2023-cü ildə növbəti güclü “El-Ninyo” oldu. Onun bu ilin ortalarında başa çatması gözlənilir. Tipik olaraq, “El-Ninyo”nun ən böyük təsiri onun ikinci ilində baş verir, yəni 2024-cü ilin ən isti olacağı proqnozlaşdırılır”, - deyə mütəxəssis bildirib.

Bundan başqa, Obuxov adına Atmosfer Fizikası İnstitutunun direktor müavini. Aleksandr Çernokulski 2024-cü ildə yeni rekord riskinin olduğunu qeyd edib. Bununla belə, o, Sakit Okeanda “El-Ninyo”nun isti mərhələsinin artıq bitdiyini və gələn il yəqin ki, daha soyuq olacağını və bir az geriyə dönəcəyimizi vurğulayıb.

Paylaş: