4 dekabr 2024, çərşənbə Bakı, 7°C
IMG-LOGO

Keniya nümayəndə heyəti Azərbaycana səfər edəcək

20-04-2024

Keniya Respublikasının nümayəndə heyətinin yaxın günlərdə ölkəmizə səfəri planlaşdırılır.

Fhnews.az xəbər verir ki, Azərbaycanın Keniyadakı səfiri Sultan Hacıyevin verdiyi məlumata görə, nümayəndə heyətinə Keniyanın Baş naziri Musalia Mudavadinin müşavirləri və özəl sektorun nümayəndələri daxildir.

Azərbaycanın İqtisadiyyat Nazirliyinin təşkilatçılığı ilə həyata keçiriləcək və iki ölkə arasında əlaqələrin genişləndirilməsi məqsədi daşıyacaq səfər çərçivəsində aidiyyəti dövlət qurumlarında qarşılıqlı əməkdaşlıq imkanlarına dair müzakirələr aparılacaq.

Eyni zamanda, biznes mühitində Azərbaycanın malik olduğu geniş potensial və infrastrukturla tanış olmaq üçün nümayəndə heyəti Bakı və Sumqayıt şəhərlərindəki azad zonalara, sənaye məhəllələrinə və bir sıra istehsalat müəssisələrinə baş çəkəcək. AZPROMO-nun dəstəyi ilə azərbaycanlı iş adamları ilə Keniya nümayəndə heyəti arasında görüşlər keçiriləcək.

2024-cü ilin ölkələrimiz arasında diplomatik əlaqələrin qurulmasının 20-ci ildönümünə təsadüf etməsi ikitərəfli əməkdaşlığın daha da möhkəmləndirilməsi üçün münbit zəmin yaradır.

Paylaş: