Kamerunda avtomobil qəzasında 12 nəfər həyatını itirib
Kamerunun şimalında ağır yol-nəqliyyat hadisəsi nəticəsində səkkizi qadın və dördü uşaq olmaqla azı 12 nəfər ölüb, 22 nəfər isə müxtəlif dərəcəli xəsarətlər alıb. Yaralılar regional xəstəxanalara yerləşdirilib.
Fhnews.az “BNN Breaking” saytına istinadla xəbər verir ki, Mayo-Tsanaqa departamentinin Mokolo şəhərindən yola düşən avtobus dünən axşam saatlarında qəzaya uğrayıb.
İlkin araşdırmaya görə, qəzaya texniki nasazlıq və həddindən artıq yüklənmə səbəb olub. Belə ki, qəza zamanı 22 yerlik avtobusa 34 nəfər minib.
Sərnişinlərin əksəriyyəti aylıq ərzaq paylarını almaq üçün miqrant düşərgəsinə gedən qaçqınlar olub.
Fatih Sultan Mehmet körpüsü mavi rənglə...
Filippində Kanlaon vulkanı püskürüb...
Egey dənizində 4,9 bal gücündə zəlzələ...
İstanbulda 3,8 bal gücündə zəlzələ baş...
Çin rabitə texnologiyalarını sınamaq...