İstanbulun məşhur Qalata qülləsi sabah yenidən ziyarətçilərin üzünə açılacaq
Türkiyənin Mədəniyyət və Turizm Nazirliyi tərəfindən Qalata qülləsində aparılan təmir və abadlıq işləri başa çatıb.
Mədəni İrs və Muzeylər Baş İdarəsindən verilən açıqlamaya görə, müasir texnologiya və alimlərin rəhbərliyi ilə aparılan bərpa işləri ilə qüllə sabahdan yenidən ziyarətçi qəbuluna başlayacaq.
Qeyd edək ki, 1964-1967-ci illərdə Qalata qülləsinə əlavə olunan dəmir-beton konstruksiyalar üzrə texniki analizlər və georadar hesabatları əsasında hazırlanan layihələr müasir texnologiyalarla və öz sahələrində mütəxəssis alimlərin rəhbərliyi altında həyata keçirilib.Bərpa işləri elm və sənət qaydalarına uyğun başa çatdırılıb. Bina mədəni irsi qorumaq, qonaqları və köçəri quşları qəbul etmək üçün nəzərdə tutulub.
Sabah girişlərə açılacaq qüllədə ziyarətçi idarəetmə planlaması çərçivəsində saatda maksimum 100 nəfər üçün nəzarətli girişlərə icazə veriləcək.
Osman Həmdi bəyin tablosu Parisdə 571...
Ekspertin çağırışı: "Tsunami Türkiyənin...
Marsın peykləri üçün iki nəzəriyyə:...
Çanaqqalada aparılan qazıntılar zamanı...
Finlandiyada çovğun 70 min evi...