25 noyabr 2024, bazar ertəsi Bakı, 12°C
IMG-LOGO

İstanbuldakı Qız qülləsi yenidən turistlərin ziyarətinə açılıb

01-03-2024

Bosfor boğazından İstanbula girişdəki kiçik adada yerləşən tarixi Qız qülləsi iki il davam edən bərpa işlərindən sonra yenidən turistlərin ziyarətinə açılıb.

Fhnews.az Türkiyənin Mədəniyyət və Turizm Nazirliyinin məlumatına istinadla xəbər verir ki, bu gündən etibarən meqapolisin sakinləri və qonaqları onlar üçün nəzərdə tutulan və Karaköy sahilindən hərəkət edən qayıqlarla qülləni ziyarət edə biləcəklər.

Müasir İstanbulun tarixi rəmzlərindən və görməli məkanlarından biri olan Qız qülləsinin tarixi Bizans imperiyası dövrünə gedib çıxır. Tarixin müxtəlif mərhələlərində bu tikili fərqli məqsədlər üçün, o cümlədən mühafizə qülləsi, mayak, gömrük məntəqəsi və karantin stansiyası qismində istifadə olunub.

Paylaş: