İstanbul Hava Limanı elektrik enerjisini günəşdən alan ilk hava limanı olacaq
İGA İstanbul Hava Limanı bütün elektrik ehtiyaclarını Əskişəhərdə qurulacaq günəş elektrik stansiyasından qarşılayaraq bu sahədə yeni bir çığır açacaq.İGA Havalimanı Əməliyyat A.Ş. tərəfindən təxminən 3 milyon kvadratmetr sahədə başlayan 199,32 meqavat gücündə Əskişəhər Günəş Elektrik Stansiyası layihəsi çərçivəsində 439 min PV paneli quraşdırılacaq. İllik 340 milyon kilovat-saat enerji istehsal etməsi hədəflənən günəş elektrik stansiyası ilə İGA İstanbul Hava Limanı dünyada istehlak etdiyi bütün elektrik enerjisini günəş enerjisindən təmin edən ilk hava limanı olacaq.
İstanbul Hava Limanı İcra Direktorunun müavini Səlahəddin Bilgen “diqqətimiz dünya, hədəfimiz gələcək” devizi ilə davamlı inkişafa töhfə vermənin ən mühüm hədəfləri olduğunu deyib.
2050 Net Sıfır Karbon Emissiyası öhdəliyi çərçivəsində Əskişəhər SPP layihəsini inkişaf etdirdiklərini ifadə edən Bilgen əlavə edib ki, 105 min 996-a bərabər olan istixana qazı emissiyaları ilə qlobal istiləşmə və dünya miqyasında iqlim dəyişikliklərinin əhəmiyyətli və narahatedici nəticələrini yüngülləşdirmək istəyirik: "İGA İstanbul Hava Limanının İstixana Qazı Protokolunda müəyyən edilən Scope 1 və Scope 2 karbon emissiyalarının 2030-cu ildə 45 faiz, 2040-cı ildə isə 73 faiz azaldılması nəzərdə tutulsa da, biz ekoloji davamlılıq səylərini gücləndirəcəyik və dekarbonizasiya texnologiyalarından istifadə edəcəyik.Biz əsas diqqəti infrastruktur dəstəyi, enerji səmərəliliyi və bərpa olunan enerji kimi əsas strategiyalara yönəltməyi planlaşdırırıq.”-deyib.
Tullantıların təkrar emalı araşdırmaları ilə tullantıların yaratdığı emissiyaları yüzdə 50 azaltmaq və avtomobil parklarını mərhələli şəkildə elektrikli avtomobillərə çevirmək kimi konkret addımlar atdıqlarını ifadə edən Bilgen deyib ki, bu addımların köməyi ilə ümumi enerji istehlakı son olaraq 10,7 % azalıb. Hava limanında istehlak edilən suyun 30 faizi təkrar emal edilmiş sudan əldə edilir.Yaranan tullantı suları tullantı sularının kanalizasiya infrastrukturu sistemi vasitəsilə toplanaraq sutkada 15 min kubmetr tutumu olan Qabaqcıl Bioloji Çirkab Su Təmizləyici Qurğuda təmizlənir, daha sonra onlayn analiz vasitəsilə suyun keyfiyyətinə nəzarət edilir və bərpa olunan sudan istifadə edirlər.
Landşaft sahələrində istifadə edilən suyun hamısının təkrar emal edilmiş su ilə təmin edildiyini vurğulayan Bilgen əlavə edib ki, hava limanında istehlak edilən suyun 35 %-i təkrar emal edilmiş mənbələrdən təmin edilir.
Osman Həmdi bəyin tablosu Parisdə 571...
Ekspertin çağırışı: "Tsunami Türkiyənin...
Marsın peykləri üçün iki nəzəriyyə:...
Çanaqqalada aparılan qazıntılar zamanı...
Finlandiyada çovğun 70 min evi...