İstanbul Beynəlxalq Oyuncaq Sərgisi sənayenin nəhənglərini bir araya gətirir
Oyuncaq sənayesinin nəhənglərini bir araya gətirən İstanbul Oyuncaq Sərgisi 6-cı dəfə qapılarını açıb.Oyuncaq sənayesinin bütün komponentlərini bir dam altında toplayan yarmarka Avrasiya regionunda yeni məhsulları yaxından tədqiq etmək və sifariş vermək üçün ən təsirli yarmarkalardan biri hesab olunur.Fərqli oyuncaqların nümayiş olunacağı sərgi oyuncaq sənayesinin nəhəngləri ilə yerli istehsalçıların görüşmə nöqtəsi olduğu üçün sektorun istehsal gücünün və ixracının daha yüksək səviyyələrə qaldırılmasında mühüm rol oynayır.
Sərgidə iştirak edən ölkələr arasında ABŞ, Banqladeş, Çin, Danimarka, Fransa, İran, İsveç, İsveçrə, İtaliya, Kanada, Malayziya, Polşa, Rusiya və Türkiyə var. Yarmarkada 158 yerli və xarici şirkət və 184 brend təmsilçiləri iştirak edir.
Sərgidə 0-3 yaşlı uşaq oyuncaqlarından körpə qidalandırma və əmizdirmə məhsullarına, uşaq otağı və təhlükəsizlik məhsullarına, oyuncaqlar, lisenziyalı məhsullar, promosyon məhsulları, fiqurlu oyuncaqlar və rollu oyun dəstlərinə qədər minlərlə məhsulu ziyarətçilər görə bilər.
Osman Həmdi bəyin tablosu Parisdə 571...
Ekspertin çağırışı: "Tsunami Türkiyənin...
Marsın peykləri üçün iki nəzəriyyə:...
Çanaqqalada aparılan qazıntılar zamanı...
Finlandiyada çovğun 70 min evi...