22 noyabr 2024, cümə Bakı, 14°C
IMG-LOGO

İranın yeni tədqiqat və müşahidə peyki Rusiyanın “Soyuz” raketi ilə kosmosa buraxılıb

29-02-2024

“Pars 1” adlı təsvir və tədqiqat peyki 500 kilometr məsafədə uğurla orbitə çıxarılıb. İran dövlət televiziyasının məlumatına görə, peyk Rusiyanın “Vostochnıy” kosmodromundan Rusiyanın “Soyuz 2.1b” raketi ilə buraxılıb.

Bildirilib ki, İran Kosmik Tədqiqatlar İnstitutu tərəfindən layihələndirilən və istehsal edilən 134 kiloqramlıq peyk özünün multispektral və qısa dalğalı infraqırmızı kameraları ilə İran ərazisinin 95 faizini 100 gündən az müddətdə təsvir etmək qabiliyyətinə malikdir.

Paylaş: