13 may 2025, çərşənbə axşamı Bakı, 20°C
IMG-LOGO

İndoneziyanın Yava adasında 6,5 ​​bal gücündə zəlzələ olub

22-03-2024

İndoneziya Meteorologiya, İqlim və Geofizika Agentliyinin açıqlamasına görə, 6,5 bal gücündə baş verən zəlzələnin episentri Şərqi Yava əyalətindəki Tuban şəhərinin 130 kilometr şimalında olub. 

İlkin məlumatlara görə, yerin 10 kilometr dərinliyində baş verən zəlzələdə can və mal itkisi qeydə alınmayıb.

Qeyd edək ki, təxminən 4 saat əvvəl həmin bölgədə 6,1 bal gücündə zəlzələ qeydə alınıb.

Paylaş: