II. Ramzesin heykəlinin itmiş hissəsi tapılıb
Misir Fironu II. Ramzesin 3,8 metrə çatan nəhəng heykəlinin itən yuxarı hissəsi 94 ildən sonra üzə çıxıb. Yeni arxeoloji kəşf qədim Hermopolis şəhərində aparılan qazıntılar zamanı edilib.
Qeyd edək ki, II. Ramzesin oturmuş heykəlinin aşağı hissəsini 1930-cu ildə alman arxeoloqu Günter Röder tapmışdır. Misirin Turizm Nazirliyi və Kolorado Boulder Universitetinin birgə qrupu heykəlin itmiş parçasını tapıb.
Qahirənin 240 km cənubunda yerləşən qədim Hermopolis şəhərinin xarabalıqlarında aparılan qazıntılar zamanı üzə çıxarılan heykəl daşdan hazırlanıb və kürəyində Fironu tərifləyən heroqliflər var. Heykəlin tam ucaldılması ilə onun ölçüsünün 7 metrə çatacağı təxmin edilir.
Heykəl üzərində aparılan piqment analizlərinin bölgənin tarixinə və Misirin köklü tarixinə işıq salması gözlənilir.
Xatırladaq ki, II. Ramzes eramızdan əvvəl 1279-1213-cü illər arasında tarixdə ən uzun hökmranlıq edən fironlardan biri kimi tanınır.
Fatih Sultan Mehmet körpüsü mavi rənglə...
Filippində Kanlaon vulkanı püskürüb...
Egey dənizində 4,9 bal gücündə zəlzələ...
İstanbulda 3,8 bal gücündə zəlzələ baş...
Çin rabitə texnologiyalarını sınamaq...