İcma: Paşinyandan öz ölkəsini Fransanın oyunlarına alət etməməyi tələb edirik
Fransada səfərdə olan Ermənistanın Baş naziri N. Paşinyan növbəti dəfə anti-Azərbaycan bəyanatlar vermişdir.
Paşinyan Qərbi Azərbaycan ifadəsinin Ermənistanın ərazi bütövlüyünə qarşı olduğunu iddia edərək, Azərbaycanı Ermənistana hücum etməyə hazırlaşmaqda ittiham etməyə çalışıb.
Fhnews.az xəbər verir ki, bu barədə Qərbi Azərbaycan İcmasının açıqlamasında bildirilib.
Açıqlamada, həmçinin qeyd olunub: "İlk öncə vurğulayaq ki, Qərbi Azərbaycan ifadəsi tarixi və coğrafi həqiqətə əsaslanan bir termindir və İcmamızın ondan istifadə etməsi beynəlxalq insan hüquqları konvensiyaları ilə tanınan özünü-identifikasiya hüququna əsaslanır. Dövlətlərin ərazi bütövlüyünə hörmət etdiyini dəfələrlə bəyan edən Qərbi Azərbaycan İcmasının fəaliyyətinə irad tutmağa çalışan Paşinyan Azərbaycanın ərazi bütövlüyünə qəsd edən separatçı ünsürlərin Ermənistan ərazisində fəaliyyətinə şərait yaratmasına, öz ölkəsinin qanunvericiliyində Azərbaycan ərazilərinin ilhaqı barədə müddəaları saxlanması məsələsinə aydınlıq gətirməlidir.
Açıq-aşkar görünür ki, Ermənistanın Baş naziri Fransanın fitvasına uyaraq, regionda gərginlik yaratmaq yolunu tutub. Fransanın Ermənistana böyük miqdarda silahlar satması, o cümlədən Fransanın müdafiə naziri və bu ölkənin hərbi-sənaye şirkətlərinin rəhbərlərinin Ermənistana hazırkı səfəri bunları söyləməyə əsas verir ki, Ermənistan məhz Fransanın təhriki ilə hərbi avantüraya getmək niyyətindədir.
Biz N. Paşinyandan öz ölkəsini Fransanın oyunlarına alət etməməyi, kütləvi silahlanma siyasətinə son verməyi, Qərbi azərbaycanlıların qayıdışına şərait yaradaraq Azərbaycan ilə sülhə getməyi tələb edirik".
Aİ-nin ali nümayəndəsi...
Milli Məclis sədrinin müavini TBMM-in...
Pakistanın Hüquq və Ədalət...
Azərbaycanın xarici işlər naziri...
Azərbaycan, Türkiyə və Gürcüstan...