22 noyabr 2024, cümə Bakı, 14°C
IMG-LOGO

Hindistanın cənubunda istilər nəticəsində 2 nəfər ölüb

29-04-2024
IMG

Hindistanın cənubunda temperaturun rekord həddə yüksəldiyi Kerala əyalətində isti vurması nəticəsində iki nəfər ölüb.“India Today” saytının məlumatına görə, bölgədə temperatur normadan 5,5 dərəcə yuxarı olmaqla 41,9 dərəcəyə çatıb.

Hindistan Meteorologiya Departamentinin açıqlamasında, əyalətin 12 bölgəsi üçün maksimum temperatur xəbərdarlığı verilib.Verilən bilgilərə görə, may-iyun ayları arasında istilik dalğası normadan artıq olacaq.

İqlim mütəxəssislərinin fikrincə, qlobal istiləşmə Hindistan kimi Cənubi Asiya ölkələrində insan itkisi ilə nəticələnən isti dalğalarının baş vermə ehtimalını 30 dəfəyə qədər artırır.Bu vəziyyət əhali sıxlığının yüksək olduğu Hindistanın yavaş başlayan fəlakətlər sırasında sayılan və getdikcə ictimai sağlamlıq böhranına çevrilən isti havalara qarşı hazırlıq planı həyata keçirməsini zəruri edir.

Paylaş: