Hindistanı fırtına və tornado vurdu
Hindistanın şərqindəki Qərbi Benqal əyalətinin Jalpaiquri bölgəsində şiddətli tufan və tornado təsirli olub. Təbii fəlakət nəticəsində 5 nəfər ölüb, 100 nəfər yaralanıb.
Fırtına ən azı 800 evə ziyan vurub, ağacların və elektrik dirəklərinin uçmasına səbəb olub.
Xilasetmə işlərini həyata keçirmək və kömək göstərmək üçün bölgəyə xilasetmə dəstələri göndərilib, fəlakətdən zərər çəkənlərin təxliyyəsi üçün tədbirlər görülür.
Hindistanın baş naziri Narendra Modi həyatını itirənlərin yaxınlarına başsağlığı verib və təbii fəlakətdən zərər çəkənlərə lazımi yardımın göstərilməsi üçün hakimiyyət orqanlarına göstəriş verib.
Osman Həmdi bəyin tablosu Parisdə 571...
Ekspertin çağırışı: "Tsunami Türkiyənin...
Marsın peykləri üçün iki nəzəriyyə:...
Çanaqqalada aparılan qazıntılar zamanı...
Finlandiyada çovğun 70 min evi...