Hindistanda avtomobilin dərəyə aşması nəticəsində 15 nəfər ölüb
Hindistanın mərkəzi hissəsindəki Madhya Pradeş ştatında sərnişin daşıyan pikap avtomobilinin idarəetmədən çıxaraq dərəyə aşması nəticəsində azı 15 nəfər ölüb, təxminən 20 nəfər xəsarət alıb.
Fhnews.az Hindistan mediasına istinadla xəbər verir ki, ştatın Biçhiya qəsəbəsi ərazisində baş verən qəzada ölənlər toyqabağı mərasimdən qayıdan eyni kəndin sakinləridir. Onlardan 5-i qadın, biri uşaqdır. Xəsarət alanlar yaxınlıqdakı tibb ocaqlarına yerləşdiriliblər. Onlardan 6 nəfərinin vəziyyəti ağırdır.
İlkin təhqiqata əsasən, qəzaya sürücünün idarəetməni itirməsi səbəb olub. Hindistan Prezidenti Droupadi Murmu və Baş nazir Narendra Modi insan tələfatı ilə əlaqədar başsağlığı veriblər.
Qeyd edək ki, Hindistan dünyada nəqliyyat qəzalarında ölüm hallarının ən yüksək olduğu ölkələrdən biridir. Qəzaların əksəriyyəti ehtiyatsız idarəetmə, yolların baxımsız, nəqliyyat vasitələrinin köhnə olması səbəbindən baş verir.
“Bert” fırtınası İngiltərədə həyatı...
2250 illik kanalizasiya sistemi tapılıb...
Mozaika lövhəsindəki şifrə...
Alimlər sürətlə inkişaf edən ekzoplanet...
Çilidə 5,3 bal gücündə zəlzələ baş verib...