22 noyabr 2024, cümə Bakı, 14°C
IMG-LOGO

Hindistan martın 12-də genişmiqyaslı hərbi təlimlərə başlayacaq

07-03-2024

Hindistan Silahlı Qüvvələri martın 12-də Quru qoşunları, Hərbi Hava Qüvvələri və Hərbi Dəniz Qüvvələrinin iştirakı ilə genişmiqyaslı “Bharat Shakti” təlimlərinə başlayacaq.

Fhnews.az xəbər verir ki, “The Times of India” qəzeti bu barədə Hindistanın Müdafiə Nazirliyindəki mənbələrinə istinadla məlumat yayıb. “Təlimlər Hindistan Silahlı Qüvvələrinin ölkədə istehsal olan silahlarla təminatında uğurunu nümayiş etdirəcək”, - deyə məlumatda bildirilir.

Manevrlər zamanı Hindistan kompaniyaları tərəfindən istehsal olunan səsdən sürətli “BrahMos” qanadlı raketlərinin, “Аkаsh” zenit-raket komplekslərinin, “Swati” artilleriya kəşfiyyat stansiyalarının, “Vajra” özüyeriyən haubitsalarının, “Pinaka” reaktiv yaylım atəş sistemlərinin də daxil olduğu 60-a yaxın silah növünün döyüş qabiliyyəti nümayiş etdiriləcək.

Təlimlərə “Tejas” döyüş təyyarələri, “Prachand” dəstək helikopterləri, ən son artilleriya sistemləri, torpedalar və pilotsuz uçuş aparatlarına qarşı mübarizə vasitələri ilə təchiz edilən döyüş gəmiləri də cəlb olunacaq.

“Bharat Shakti” manevrləri Pakistanla həmsərhəd Racasthan əyalətinin qərbindəki Tar səhrasında keçiriləcək. Təlimləri Hindistanın baş naziri Narendra Modi və müdafiə naziri Racnath Sinqh izləyəcək.

Paylaş: