19 dekabr 2024, cümə axşamı Bakı, 6°C
IMG-LOGO

Hikmət Hacıyev: Ermənistanın hərbi quruculuq siyasəti üzərində ciddi məhdudiyyətlər olmalıdır

12-12-2024
IMG

Ermənistanın hərbi quruculuq siyasəti üzərində ciddi məhdudiyyətlər olmalıdır.

Fhnews.az xəbər verir ki, bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev jurnalistlərə müsahibəsində deyib.

Beynəlxalq münasibətlər sistemində belə bir praktikanın olduğunu diqqətə çatdıran Hikmət Hacıyev əlavə edib: “İşğalçı və təcavüzkar dövlətlərin hərbi quruculuğu, hərbi planları və ordu quruculuğu prosesində müəyyən məhdudiyyətlər həyata keçirilir. Bu məhdudiyyətlər istər İkinci Dünya müharibəsindən sonra, istərsə də İraq-Küveyt müharibəsindən sonra İraqa münasibətdə tətbiq edilib. Ona görə də biz hesab edirik ki, Ermənistanın hərbi quruculuq siyasəti üzərində ciddi məhdudiyyətlər olmalıdır və Ermənistana hücum xarakterli silahları verən ölkələrin ciddi məsuliyyəti məsələsinə də baxılmalıdır".

Paylaş: