Hakan Fidan: Türkiyə hər zaman Azərbaycanın yanında olub və olacaq
Türkiyənin xarici işlər naziri Hakan Fidan Xocalı soyqırımının ildönümü ilə bağlı başsağlığı verib və ölkəsinin qardaş Azərbaycanla həmrəy olduğunu bildirib.
Fhnews.az xəbər verir ki, Türkiyə xarici siyasət idarəsinin başçısı sosial şəbəkələrdə ermənilərin Azərbaycanın Xocalı şəhərində törətdikləri qanlı cinayətlə bağlı paylaşım edib.
Hakan Fidanın paylaşımında deyilir: “Bütün dünyanın gözləri önündə 32 il əvvəl Xocalıda qətlə yetirilən qardaşlarımın xatirəsini anıram. Qardaş Azərbaycana başsağlığı verirəm. Türkiyə hər zaman Azərbaycanın yanında olub və olacaq”.
Türkiyə XİN-in başçısı öz paylaşımında Türkiyə və Azərbaycanın Dövlət Bayraqlarını da əlavə edib.
Milli Məclisin növbəti iclasının...
Ermənistan ordusu tərəfindən Başlıbel...
Başlıbel faciəsinin şahidi: Ermənistan...
Bəhreynin xarici işlər naziri...
Azərbaycanın NATO yanında...