22 noyabr 2024, cümə Bakı, 14°C
IMG-LOGO

Fukuşimanın təmizlənmiş çirkab suları ilə bağlı yeni açıqlama

13-03-2024

Beynəlxalq Atom Enerjisi Agentliyinin baş direktoru Rafael Qrossi bildirib ki, nüvə fəlakətinin baş verdiyi Fukusima Daiçi Atom Elektrik Stansiyasından təmizlənmiş radioaktiv tullantı sularının dənizə axıdılması ətraf mühitə mənfi təsir göstərmir.

Beynəlxalq Atom Enerjisi Agentliyinin (MAQATE) baş direktoru Rafael Qrossi 2011-ci ildə baş vermiş 9 bal gücündə zəlzələ və sunami nəticəsində zədələnmiş Fukusima Daiiçi Atom Elektrik Stansiyasına baxış keçirib. 

Elektrik stansiyasında toplanan təmizlənmiş radioaktiv tullantı sularının dənizə axıdılması işlərinə nəzarət edən Qrossi yerli rəsmilər və balıqçılıq sənayesinin nümayəndələri ilə görüşüb. Görüşlərdən sonra davam edən axıdma işləri ilə bağlı açıqlama verən Qrossi prosesin ətraf mühitə, suya və balıqlara heç bir mənfi təsirinin olmadığını bildirib. Təmizlənmiş radioaktiv tullantı sularının dənizə buraxıldığı bölgədən götürülmüş nümunələrdəki radioaktiv maddələrin səviyyəsinin gözlənilən miqdardan çox aşağı olduğunu vurğulayan Qrossi əlavə edib ki, gələn məhsullara hər hansı məhdudiyyət qoyulması üçün heç bir elmi səbəb yoxdur.

 Təmizlənmiş radioaktiv tullantı sularının dənizə axıdılmasının uzun bir prosesin başlanğıcı olduğunu bildirən Qrossi bu prosesdə “şəffaflıq, texniki dəqiqlik, hərtərəfli dialoq və məsləhətləşmələrin” vacib olduğunu vurğulayıb. MAQATE-nin prosesi müstəqil şəkildə izləmək üçün Fukusima Daiiçi Atom Elektrik Stansiyasında öz ofisini və laboratoriyasını qurduğunu xatırladan Qrossi əlavə edib ki, o, yenidən stansiyaya gələrək bölgə sakinlərinin narahatlıq və ehtiyaclarını dinləməyə davam edəcək.

Paylaş: