22 noyabr 2024, cümə Bakı, 14°C
IMG-LOGO

Filippində istidən altı nəfər ölüb

24-04-2024

Filippin Səhiyyə Departamentinin açıqlamasına görə, bu il yanvarın 1-dən aprelin 18-dək isti hava şəraiti ilə əlaqədar 34 nəfər xəstəxanaya müraciət edib. Onlardan altısı həyatını itirib.

Fhnews.az “Daily Tribune” saytına istinadla xəbər verir ki, departament katibinin köməkçisi Albert Dominqo ölümlərin səbəblərinin ətraflı araşdırılmasına başlanıldığını bildirib. O qeyd edib ki, anomal isti hava Filippinin mərkəzi, şimal və cənubundakı bəzi bölgələrdə narahatlığa səbəb olub.

Dövlət meteoroloji bürosu temperaturun 42 dərəcəyə - "təhlükə" səviyyəsinə çatması barədə xəbərdarlıq etdikdən sonra bir neçə bölgədə çərşənbə günündən məktəblər bağlanıb. Dərslər onlayn formatda davam etdirilir.

Əhaliyə açıq hava fəaliyyətini məhdudlaşdırmaq və çoxlu su içmək tövsiyə olunub.

Paylaş: