4 dekabr 2024, çərşənbə Bakı, 7°C
IMG-LOGO

Ermənistanın Azərbaycana qarşı ərazi iddialarını ehtiva edən sənədləri – TƏHLİL

10-02-2024

Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi (BMTM) Ermənistanın Azərbaycana qarşı ərazi iddialarını ehtiva edən sənədləri - Konstitusiyası, Müstəqillik haqqında Bəyannamə və digər administrativ aktları barədə müfəssəl təhlil hazırlayıb.

Fhnews.az xəbər verir ki, BMTM-dən AZƏRTAC-a verilən məlumata görə, təhlildə Ermənistanın Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyünün tanınması və hörmət edilməsi ilə bağlı mövqeyinin qeyri-müəyyən xarakter daşıması, eləcə də bu yanaşmanın 2020-ci ildən sonra regional sülh və təhlükəsizlik üçün yaranan imkanlara təhdid törətdiyi vurğulanıb.

Araşdırmada qeyd edilib ki, hazırkı administrasiya tərəfindən 2021-ci ildə qəbul edilmiş hökumət proqramı daxil olmaqla, Ermənistanın konstitusion sənədləri Azərbaycana qarşı ərazi iddialarını ehtiva edir. Bu iddialar ya Azərbaycanın Qarabağ bölgəsinin Ermənistana birləşdirilməsi, ya da müxtəlif vasitələrlə bu bölgənin ayrılmasına dəstək bəyanatları formasında ifadə olunur.

Təhlildə, həmçinin Ermənistanın konstitusion sənədlərindən Azərbaycana qarşı ərazi iddialarının çıxarılmasının iki ölkə arasındakı sülh prosesinə əhəmiyyətli töhfə verəcəyi diqqətə çatdırılıb.

Paylaş: