22 noyabr 2024, cümə Bakı, 14°C
IMG-LOGO

Çindən Avropaya Xəzər dənizi üzərindən sınaq avtomobil daşımaları həyata keçirilib

24-05-2024
IMG

İlk dəfə olaraq, Çin-Qazaxıstan-Azərbaycan-Gürcüstan marşrutu üzrə Kurık və Bakı dəniz limanları vasitəsilə sınaq tranzit yük daşımaları həyata keçirilib.

Fhnews.az Qazaxıstanın Nəqliyyat Nazirliyinə istinadla xəbər verir ki, Qazaxıstan-Çin Avtomobil Nəqliyyatı Komissiyasının iclası çərçivəsində Urumçi şəhərindən çıxan 80 tonluq üç Çin yük maşını tranzit marşrut üzrə hərəkət edərək, cari ilin 23 may tarixində Aktau şəhərindəki “Kurık” limanında bərəyə yüklənib və marşrut üzrə hərəkətini davam etdirib.

“İlk dəfə olaraq, iki ölkənin avtomobil nəqliyyatı birbaşa olaraq tərəflərin bütün iri ticarət şəhərlərinə çatmaq və hətta tranzit keçidi həyata keçirmək imkanı əldə edib”, - deyə Nəqliyyat Nazirliyinin avtomobil nəqliyyatı və nəqliyyat nəzarəti komitəsinin sədri Əli Altay bildirib.

Onun sözlərinə görə, bu günə qədər Çindən Qərb ölkələrinə yüz milyonlarla ton yük dəniz yolu ilə 52 günə, az miqdarda yük isə dəmir yolu ilə 22 günə çatdırılır: “Avtomobil nəqliyyatı daşınma müddətini 12 günə qədər azalda bilər”.

Paylaş: