19 dekabr 2024, cümə axşamı Bakı, 6°C
IMG-LOGO

Bu il peşə hazırlığı keçən 54 gəncə şəhadətnamə verilib

12-08-2024
IMG

Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin Əlilliyi olan şəxslərin Peşə-əmək Reabilitasiyası Mərkəzində peşə hazırlığı keçən gənclərin qiymətləndirilməsi aparılıb.

Agentliyin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən verilən məlumata görə, iştirakçıların kurs müddətində biliklərə yiyələnmə səviyyəsini yoxlamaq məqsədi daşıyan qiymətləndirmə kompüter istifadəçisi, tikişçi, kişi və qadın bərbəri, aşpaz köməkçisi, bədii oyma, toxuculuq və dulusçuluq peşələri daxil olmaqla 8 istiqamət üzrə keçirilib.

Ümumilikdə 19 nəfərin qazandığı yeni bilik və bacarıqlarla bağlı hazırlıq səviyyələri yoxlanıb.

İmtahan komissiyasının qərarına əsasən onlardan 15 nəfərinə şəhadətnamə, 4 nəfərinə arayış təqdim edilib. Ümumilikdə isə 2024-cü il ərzində müəssisədə üç dəfə qiymətləndirilmə aparılıb və kursları 54 nəfər şəhadətnamə ilə bitirib.

Qeyd edək ki, Sosial Xidmətlər Agentliyinin Əlilliyi olan şəxslərin Peşə-əmək Reabilitasiyası Mərkəzi həmin kateqoriyadan olan şəxslərin sosial reabilitasiyası üçün mütəmadi tədbirlər görür. Mərkəzdə fiziki və yüngül formalı əqli və psixi pozuntuları olan 15-29 yaşlı əlilliyi olan şəxslərin peşə hazırlığı və peşə reabilitasiyası həyata keçirilir. Burada müxtəlif peşələr üzrə 3-6 aylıq kurslar təşkil olunur.

Paylaş: