Bu il Antalyaya 16,5 milyondan çox turistin gəlməsi gözlənilir
Cari ilin sonunadək Antalyaya turist axını 16,5 milyon nəfəri ötəcək.
Fhnews.az xəbər verir ki, bu proqnozla Türkiyənin Turizm Agentlikləri Assosiasiyasının (TÜRSAB) Aralıq dənizi regionu üzrə nümayəndələr şurasının rəhbəri Rıza Perçin çıxış edib.
TÜRSAB təmsilçisi Türkiyənin “turizm paytaxtı”nda istirahətin qabaqcadan bronlaşdırılmasına yüksək tələbatın olduğuna diqqət çəkib.
Perçin deyib: “Avropa dövlətlərinin, o cümlədən Polşa və Böyük Britaniyanın sakinləri arasında Antalyaya marağın artması sevindiricidir. İnanırıq ki, 2024-cü il ölkəmizin turizm sektorunda rekord ilə çevriləcək”.
Onun sözlərinə görə, Antalyada istirahətə üstünlük verən dövlətlərin siyahısında Ukraynanın yerini Polşa tutmağa başlayıb. “Almaniya vətəndaşları arasında da Antalyada istirahətə tələbat yüksəkdir. Siyasi proseslərlə bağlı Rusiya Federasiyasından xüsusi turist axını gözləmirik, ancaq yenə də maydakı göstəricilərə ümid edirik”, - deyə Perçin bildirib.
TÜRSAB təmsilçisi bununla yanaşı qeyd edib ki, Türkiyənin turoperatorları yaxın dövrdə “hər şey daxil” sistemindən imtina etməyə hazırlaşmırlar: “Turistlərin 70-80 faizi Antalyaya məhz bu sistem üzrə gəlirlər. Bu səbəbdən də “hər şey daxil”dən imtinanı düzgün addım hesab etmirəm”.
Qeyd edək ki, 2023-cü ildə Antalyanı 15 milyon 689 min 258 əcnəbi turist ziyarət edib. Bu da Türkiyənin tarixi ərzində ölkənin cənubuna turist axınının ən yüksək göstəricisidir.
Fatih Sultan Mehmet körpüsü mavi rənglə...
Filippində Kanlaon vulkanı püskürüb...
Egey dənizində 4,9 bal gücündə zəlzələ...
İstanbulda 3,8 bal gücündə zəlzələ baş...
Çin rabitə texnologiyalarını sınamaq...