Braziliyada təyyarə qəzası nəticəsində iki polis həlak olub
Braziliya Daxili İşlər Nazirliyinə məxsus təyyarənin Minas Gerais əyalətinin inzibati mərkəzi Belu Orizonti şəhəri yaxınlığında qəzaya uğraması nəticəsində iki polis əməkdaşı həlak olub, bir nəfər isə yaralanıb.
Fhnews.az Sinxua agentliyinə istinadla xəbər verir ki, qəza təyyarənin Pampulha hava limanından havaya qalxan zaman baş verib.
Ölkənin hakimiyyət orqanları hadisə ilə bağlı araşdırmanın başladığını, uçuş təhlükəsizliyi və aviasiya qəzaları üzrə ixtisaslaşmış mütəxəssislərin təhqiqata cəlb ediləcəyini bildiriblər.
Braziliya Prezidenti Luiz İnasio Lula da Silva hadisədən təəssüf hissi keçirdiyini bildirib və həlak olanların ailələrinə başsağlığı verib.
Osman Həmdi bəyin tablosu Parisdə 571...
Ekspertin çağırışı: "Tsunami Türkiyənin...
Marsın peykləri üçün iki nəzəriyyə:...
Çanaqqalada aparılan qazıntılar zamanı...
Finlandiyada çovğun 70 min evi...