24 noyabr 2024, bazar Bakı, 15°C
IMG-LOGO

Braziliyada qasırğalar azı 10 nəfərin həyatına son qoyub

02-05-2024
IMG

Braziliyanın cənubunda yerləşən Rio-Grande-do-Sul ştatında aprelin 29-dan bəri davam edən dağıdıcı qasırğalar azı 10 nəfərin ölümünə səbəb olub.

Fhnews.az xəbər verir ki, Braziliya mülki müdafiə agentliyinin məlumatına görə, təbii fəlakət nəticəsində daha 21 nəfər itkin düşüb. Ölkə Prezidenti Luis İnasiu Lula da Silva regiona dəyən zərəri qiymətləndirmək üçün ştata səfər edib.

Qasırğadan zərər görən regionun 4,4 minə yaxın sakini təhlükəli ərazilərdən çıxarılıb, 107 şəhərdə fövqəladə vəziyyət rejimi elan olunub. Leysan yağışları Santa-Mariya şəhərində torpaq sürüşməsi ilə nəticələnib. Məcrasından çıxan çaylar körpüləri və yolları dağıdıb. Ştatın qubernator Eduardo Leyte məktəblərdə dərslərin dayandırılması barədə göstəriş verib.

Ölkənin Meteorologiya Xidməti yağışların mayın 4-dək davam edəcəyini bildirib və bunun ştat tarixində ən böyük iqlim fəlakəti ola biləcəyi barədə xəbərdarlıq edib.

Xatırladaq ki, 2023-cü ildə qiydə alınan ekstremal hava şəraiti regionda 100-dən çox insanın ölümünə səbəb olmuşdu.

Paylaş: